Latviyanın paytaxtında Kanada əsgərinin meyiti tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "Delfi" nəşri məlumat yayıb. Sayt Latviyanın müdafiə naziri Andris Sprudsa istinad edib.
"Dərin kədər hissi ilə Kanada əsgəri Sebastian Halmadjiyanın NATO-nun kollektiv müdafiəsinin bir hissəsi kimi Latviyada xidmət edərkən vəfat etməsini elan edirəm",- nazir bildirib.
O, mərhumun ailəsinə və əsgər yoldaşlarına başsağlığı verib.
Jurnalistlərin məlumatına görə, Kanada Silahlı Qüvvələrinin Hərbi Polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Prosesdə Latviya hüquq-mühafizə orqanlarının da iştirakı gözlənilir. Məqalə müəllifləri onu da əlavə ediblər ki, hadisə Latviyada yerləşdirilmiş hərbi qulluqçularla bağlı təhlükəsizlik təhdidinin artmasını göstərir.