BMT Baş Assambleyası bütün müharibə edən tərəfləri Milan-Kortinada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunları zamanı həqiqi, qarşılıqlı atəşkəsə riayət etməyə çağırıb.
İdman.Biz bildirir ki, müvafiq müraciət BMT Baş Assambleyasının 80-ci sessiyasında onun prezidenti Annalena Berbok tərəfindən səsləndirilib.
Təklif olunan fasilə 6 fevraldan 22 fevraladək keçiriləcək Qış Olimpiya Oyunlarını və 6 martdan 15 martadək baş tutacaq Paralimpiya Oyunlarını və bu tədbirlərin hər birindən əvvəlki və sonrakı həftəni əhatə edir.