EN

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olundu

Bakı. Trend:

Oman Sultanlığında səfərdə olan Azərbaycan Respublikasınınmədəniyyət naziri Adil Kərimli yanvarın 31-də paytaxt Maskatdafəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədiirəhbəri Umberto Fanni ilə görüşüb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Azərbaycanda peşəkar teatr və opera sənətihaqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığınıqeyd edib.

Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələriarasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin"Koroğlu" operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsiilə bağlı fikir mübadiləsi aparılıb.

Chosen
4
8
az.trend.az

10Sources