EN

Mask orbitə 1 milyonluq peyk ordusu çıxarmağa hazırlaşır

Amerikanın SpaceX şirkəti Federal Rabitə Komissiyasından süni intellekt (İİ) üçün məlumat mərkəzlərini yerləşdirmək məqsədilə aşağı Yer orbitinə bir milyon peyk buraxmağa icazə istəyib...

Musavat.com xəbər verir ki, şirkət peyklərin orbital məlumat mərkəzləri kimi fəaliyyət göstərəcəyinə və günəş enerjisi ilə işləyəcəyinə ümid edir. SpaceX bunun "süni intellekt tərəfindən idarə olunan məlumat tələbatının partlayıcı artımını" qarşılamağa kömək edəcəyini nəzərdə tutur.

Şirkət həmçinin belə bir şəbəkənin yaradılmasını Kardaşev II Tip sivilizasiyasına (II Tip sivilizasiya planet sisteminin mərkəzi ulduzunun bütün enerjisindən istifadə edir - red.) çevrilmək üçün ilk addım" adlandırır.

Qeyd edək ki, 1964-cü ildə Sovet astrofiziki Nikolay Kardaşev öz şkalasını təqdim edib. Şkala istehlak edilən enerji miqdarına əsaslanan sivilizasiya səviyyələrinin texnoloji inkişaf təsnifatıdır. Alim kainatdakı yerüstü sivilizasiyaların mərhələlərinin üç növə təsnif edilə biləcəyini irəli sürüb: I Tip sivilizasiyalar öz planetlərində mövcud olan enerjini, məsələn, günəş, külək, okean və nüvə enerjisini istehlak edirlər. II Tip sivilizasiyalar günəşlərinin bütün enerjisindən istifadə edir və ulduzlararası səyahət edə bilirlər. III Tip sivilizasiyalar bütün qalaktikanın enerjisini mənimsəyir. Kardaşevə görə, insan sivilizasiyası hələ I tipə çatmayıb, çünki o, Yer kürəsində mövcud olan enerjinin yalnız bir hissəsindən istifadə edə bilir.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources