Qazdan istifadəyə görə borc yazılıb, sayğacda isə başqa rəqəm qeyd olunub.
Far.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, Qəbələ rayonunda yaşayan Tofiq İbrahimova 2024-cü ilin noyabr ayında qaz istifadəsinə görə 495 manat 85 qəpik borc yazılıb. Abonent bildirir ki, sayğacın son göstəricisi 7991-dir və artıq bir il üç aydır qazdan istifadə etsə də, bu rəqəmə çatmayıb.
Tofiq İbrahimov qeyd edir ki, qaz idarəsi ilə əlaqə saxlayıb, borcun silinəcəyi deyilsə də, indiyədək problem həll olunmayıb. Ona hesablanan məbləğ ikiqat artıq ödənişə səbəb olub və əlavə olaraq 200 manata qədər faiz də hesablanıb.
Məsələ ilə bağlı Azəriqaz İB-dən bildirilib ki, şikayət araşdırılır və hazırda sayğac göstəriciləri ilə hesablamalar yoxlanılır.