EN

Bəlucistanda “təmizləmə əməliyyatları”: 92 silahlı öldürüldü

Pakistan ordusu ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində həyata keçirilən hücumlara görə, məsuliyyət daşıyan azı 92 silahlının öldürüldüyünü açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hərbi qurumun məlumatına görə, qarşıdurmalar zamanı 15 təhlükəsizlik xidməti əməkdaşı və 18 mülki şəxs də həlak olub. Ordu hücumlarda silahlılara Hindistanın dəstək verdiyini iddia edib. Dehli isə bu cür ittihamları təkzib edib.

Daha əvvəl Bəlucistan Azadlıq Ordusu (BLA) adlı silahlı qrup hücumlara görə məsuliyyəti öz üzərinə götürərək onlarla əsgərin öldürüldüyünü bəyan edib.

Hər iki tərəfin iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Pakistan ordusu Bəlucistan boyunca “təmizləmə əməliyyatları” apardığını və üsyançıların “pis niyyətli planlarını uğurla puça çıxardığını” qeyd edib.

Chosen
17
7
aznews.az

8Sources