EN

Prezident mükafatına layiq görülən görmə məhdudiyyətli gənc arzusundan DANIŞDIVİDEO

Prezident İlham Əliyevin Sərəncamı ilə ötən gün təltif olunan gənclər sırasında II dərəcə əlilliyi olan ifaçı Səməd Novruzov da var.

Xezerxeber.az xəbər verir ki, Səmədin 22 yaşı var, görmə qabiliyyəti məhduddur. Deyir ki, bu vəziyyət onda anadangəlmədir.

Gözəl səsinin olmasını ilk dəfə 15 yaşı olarkən atası kəşf edib. Ailədə özündən balaca bacısı var. Bakı Musiqi Akademiyasının məzunu olan istedadlı gənc hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində işləyir.

Səməd deyir ki, görmə məhdudiyyətli olması, ona uğurun arxasınca getməsinə maneə ola bilməyib.

Prezident mükafatına layiq görülən Səməd Novruzov bu xəbəri eşidəndə qürur hissi duyduğunu deyir. Ən böyük arzusu Azərbaycanı xaricdə təmsil etmək, ən yaxşı opera ifaçılarındna biri, tenor olmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
20
xezerxeber.az

1Sources