Xətt tutulub, çirkli su həyətin ortasına yığılır...
Xezerxeber.az xəbər verir ki, Nəsimi rayonu, Xətai küçəsi 2 ünvanının sakinləri heç cür həllini tapmayan kanalizasiya xətlərindən şikayətçidirlər.
Sakinlər deyirlər ki, hər dəfə aidiyyəti qurumun qaynar xəttinə yüzlərlə müraciət edəndən sonra gəlib həyətdə tıxanan xətləri açırlar. Amma elə həmin gün də problem yenidən təkrarlanır.
Hətta bəzi quyuların da qapağı oğurlanıb, sakinlər kustar üsulla onların ağzını örtüblər. Həyətdə üfunət baş çatladır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, həmin ünvanda tullantı su xəttində axıntı qeydə alınıb. Bu barədə rayon sukanal idarəsi məlumatlıdır və qəzanı aradsn qaldırmq üçün səkinin üzərində qazıntı işləri aparılmalıdır. Ərazidəki sahibkarlıq obyektlərinə bu barədə məlumat verilib və qazıntıya şərait yaradılması xahiş olunub. Proses nəzarətdədir, xətdəki qəza aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.