“Səba” ASC ümumi yığıncaq keçirəcək.Valyuta.az xəbər verir ki, “Səba” ASC ümumi yığıncaq keçirməyi planlaşdırır.Baş tutacaq yığıncaqda şirkətin 2025-ci il üzrə illik (maliyyə) hesabatları müzakirə olunacaq.Bununla yanaşı, “Səba” ASC-nin mülkiyyətində olan, lakin uçotdan kənarda qalmış Ağsu rayonunun Ləngəbiz kəndində yerləşən 1,5733 hektar torpaq sahəsinin alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi məsələsinə baxılacaq.Gündəlikdə həmçinin Direktorlar Şurasının fəaliyyəti və bu orqan tərəfindən qəbul edilmiş qərarlar barədə hesabatın təqdim edilməsi nəzərdə tutulur.Yığıncaqda dividendlərin elan edilməsi məsələsi də müzakirəyə çıxarılacaq.Qeyd edək ki, ümumi yığıncağın 16 mart 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.


