EN

Rasim Balayevin səhhəti açıqlandı

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev xəstəxanadan evə buraxılıb.

"Ölkə.az" xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.

O, qeyd edib ki, hazırda xalq artistinin müalicəsi ev şəraitində davam edir və səhhəti günü-gündən yaxşılaşır.

"Düşünürük ki, Rasim Balarev fevralın ikinci yarısında işə çıxacaq və fəaliyyətinə davam edəcək",- deyə kinorejissor əlavə edib.

Chosen
10
7
olke.az

8Sources