EN

Pakistanda törədilən hücumlarda 21 nəfər öldürülüb- YENİLƏNİB

Pakistanın Bəlucistan əyalətində separatçıların çoxsaylı hücumlarında mülki şəxslər də daxil olmaqla, 21 nəfər öldürülüb.

APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Pakistanın Bəlucistan əyalətindən olan separatçılar bu səhər Pakistanın cənubunda mülki şəxsləri, polis məntəqələrini və hərbi qurğuları hədəf alan onlarla koordinasiyalı hücumun məsuliyyətini öz üzərinə götürüb. Nəticədə 11 mülki şəxs, 10 təhlükəsizlik işçisi öldürülüb.

Səlahiyyətlilər bildiriblər ki, son 48 saat ərzində Bəlucistanda azı 108 yaraqlı öldürülüb, onlardan 67-si şənbə günü qeydə alınıb.

Günay Elşən

***

12.55

Pakistanın Bəlucistan vilayətində separatçıların hücumu nəticəsində 10 polis həlak olub.

APA Pakistan mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən görülən əks-tədbirlər nəticəsində 37 terrorçu zərərsizləşdirilib.

Hücumlar Bəlucistan vilayətinin 12 bölgəsində koordinasiyalı şəkildə həyata keçirilib.

Pakistanın təhlükəsizlik qüvvələri terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi ilə bağlı tədbirləri davam etdirir.

“AFP”-yə verilən məlumata görə, hücumlar silahlı şəxslər və kamikadzelər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu adlı separatçı qruplaşma sözügedən vilayətdə mütəmadi olaraq terror hücumları həyata keçirir.

Chosen
11
3
apa.az

4Sources