EN

İran kartı işə düşdü: Köçəryan Paşinyana qarşı hərəkətə keçdi – SENSASİON DETALLAR

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hiyləgər gediş edib. İran mühafizəkarları baş nazir Nikol Paşinyanın ABŞ ilə yaxınlaşması, o cümlədən “Tramp yolu” layihəsinə razılaşması siyasətindən narazılıqlarını açıq ifadə etməyə başlayıblar. Bundan başqa mühafizəkarların saytlarında Paşinyanın İranın İrəvan səfirliyi qarşısında etiraza şərait yaratması tənqid olunur. Mövcud durumdan faydalanmaq istəyən Köçəryan isə tələsik mətbuat konfransı keçirərək “Tramp yolu” İrana qarşıdır, ABŞ Ermənistan-İran sərhədini nəzarətə götürmək istəyir” fikrini səsləndirib. Bununla Köçəryan Tehrana pas atıb.

Elxan Şahinoğlu

Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Köçəryan Kremlə bağlı olsa da, açıqlamalarında son zamanlara qədər ABŞ əleyhinə birbaşa açıqlama verməməyə çalışırdı:

“Görünür, eks-prezident Kremldən aldığı yeni təlimat əsasında anti-Amerika mövqeyini tam ortaya qoymağa qərar verib. Köçəryan “Tramp yolu”nun Ermənistan üçün iqtisadi səmərəsinin olmadığını, ABŞ-nin bu layihə vasitəsilə Cənubi Qafqazda hərbi mövqeyi-nəzərdən möhkəmlənəcəyini söyləyib. Robert Köçəryan son açıqlamalarıyla Paşinyanla yanaşı Tramp administrasiyasını da hədəf seçib.

Fikrimcə, ABŞ-nin İrəvandakı səfirliyi Köçəryanın açıqlamalarına cavab vermək məcburiyyətindədir. Çünki Köçəryan “Tramp yolu”nu bölgədə qarşıdurmaya rəvac verəcək layihə kimi təqdim edib. Halbuki, layihə bölgə ölkələri arasında sabitliyə və əməkdaşlığa imkan verəcək. Bəli, sirr deyil ki, Vaşinqton “Tramp yolu” xətti ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin zənginliklərinin Qərb bazarlarına daşınmasında maraqlıdır. Buna baxmayaraq, nəqliyyat yolu vasitəsilə Ermənistan – İran sərhədinin nəzarətə götürülməsi fikrinin absurd olduğu dəfələrlə sübut olunub”.

“Azərbaycan İran ərazisindən keçəcək “Araz dəhlizi” nəqliyyat xəttindən də istifadə edəcək. Köçəryanın məntiqinə görə, onda Azərbaycan da “Araz dəhlizi” vasitəsilə Ermənistan-İran sərhədini nəzarətə götürəcək. Halbuki, bu da sırf iqtisadi layihədir. Hər halda Köçəryan İrandakı mühafizəkarlara belə bir mesaj göndərib: “Nikol Paşinyan ABŞ-nin Ermənistanda yerləşməsinə şərait yaradıb və bu İrana qarşıdır, buna görə də baş naziri devirmək lazımdır”. Yəni Köçəryan İranın Ermənistanın daxili işlərinə qarışmasını, ölkəsinə müdaxiləsini istəyib. Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır”, – ekspert yekunlaşdırıb.

Chosen
41
3
nocomment.az

10Sources