ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Misli premyer-liqasının 18-ci turunda “Şamaxı” səfərdə “Kəpəz”i məğlub etdi - 2:0. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.- Mühüm qələbə idi. Çempionatda ən vacib qələbəmizi qazandıq. Rəqib “Qarabağ” səfərindən qələbə ilə ayrılmışdı. Komandam son məğlubiyyətə yaxşı reaksiya göstərdi. Azarkeşlərə də təşəkkür edirəm.- “Qarabağ” üzərində qələbə “Kəpəz”i eyforiyaya salmadı ki?- İnanmıram. İlk oyunda “Kəpəz”ə böyük hesabla məğlub olmuşduq. Biz yaxşı oynadıq.- İkinci hissədə çoxlu epizod boşa verildi…- Düzdü. Rəqib 4 dəyişiklik etdi. Çempionatda ən çatışmaz nöqtəmiz bitiricilikdi. Statistikaya görə ən gözəl oyunumuz ötən matç idi. Amma 4:0 uduzmuşduq. Ustalıq çatmır. Edqar gecə-gündüz çalışır. Bir futbolçunu yetişdirmək üçün illər lazımdı. Amma bizdə buna qiymət azdı.- “Şamaxı” hər dəfə məğlub olandan sonra belə söhbətlər çıxır ki, Ayxan Abbasovun iki tərəfdə işləməyə gücü çatmır.- Mən uduzanda bu söhbət çıxır. Təlim-məşq toplanışında iştitak etdim. İstirahətimi milli komandaya həsr etmişəm. - Qapıçınız oyunun ən yaxşısı idi?- Ən yaxşı oyun oldu. Komandamızın yarısından çoxudu. Həm insan, həm də futbolçu olaraq. İki oyundu bir barmağı sınıq çıxır.MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.