EN

“İstirahətimi milli komandaya həsr etmişəm” - Ayxan Abbasov



Misli premyer-liqasının 18-ci turunda “Şamaxı” səfərdə “Kəpəz”i məğlub etdi - 2:0. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Mühüm qələbə idi. Çempionatda ən vacib qələbəmizi qazandıq. Rəqib “Qarabağ” səfərindən qələbə ilə ayrılmışdı. Komandam son məğlubiyyətə yaxşı reaksiya göstərdi. Azarkeşlərə də təşəkkür edirəm.

- “Qarabağ” üzərində qələbə “Kəpəz”i eyforiyaya salmadı ki?

- İnanmıram. İlk oyunda “Kəpəz”ə böyük hesabla məğlub olmuşduq. Biz yaxşı oynadıq.

- İkinci hissədə çoxlu epizod boşa verildi…

- Düzdü. Rəqib 4 dəyişiklik etdi. Çempionatda ən çatışmaz nöqtəmiz bitiricilikdi. Statistikaya görə ən gözəl oyunumuz ötən matç idi. Amma 4:0 uduzmuşduq. Ustalıq çatmır. Edqar gecə-gündüz çalışır. Bir futbolçunu yetişdirmək üçün illər lazımdı. Amma bizdə buna qiymət azdı.

- “Şamaxı” hər dəfə məğlub olandan sonra belə söhbətlər çıxır ki, Ayxan Abbasovun iki tərəfdə işləməyə gücü çatmır.

- Mən uduzanda bu söhbət çıxır. Təlim-məşq toplanışında iştitak etdim. İstirahətimi milli komandaya həsr etmişəm.

- Qapıçınız oyunun ən yaxşısı idi?

- Ən yaxşı oyun oldu. Komandamızın yarısından çoxudu. Həm insan, həm də futbolçu olaraq. İki oyundu bir barmağı sınıq çıxır.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
24
2
football-plus.az

3Sources