EN

Mer: Kişineunun böyük hissəsi elektriksiz qalıb - YENİLƏNİB

Moldovanın paytaxtı Kişineunun böyük hissəsi elektrik enerjisindən məhrum qalıb.

"Far.Az" xəbər verir ki, bu barədə paytaxtın meri İon Çeban məlumat yayıb.

Onun sözlərinə görə, Kişineu şəhər administrasiyası və bələdiyyə xidmətləri bütün xidmətlərin işinin bərpası üçün çalışır: "Vətəndaşları sakitliyini qorumağa və ehtiyatlı olmağa çağırırıq".

Mer əlavə edib ki, enerji təchizatındakı nasazlıqla əlaqədar şəhər nəqliyyatının işində də problemlər var.

Moldovada Ukraynanın enerji sistemindəki ciddi problemlər səbəbindən elektrik təchizatında problemlər yaranıb.

"Far.Az" xəbər verir ki, bu barədə Moldova Energetika Nazirliyi məlumat yayıb.

"Elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan "Moldelectrica" vəziyyətin sabitləşdirilməsi üçün qəza işləri aparır. Bir sıra yaşayış məntəqələrində elektrik təchizatı artıq bərpa edilib", - məlumatda bildirilib.

Öz növbəsində, Ukrayna KİV-ləri vurğulayıb ki, ölkənin enerji sistemində qəza səbəbindən hazırda Kiyev rayonlarında su təchizatı yoxdur.

Bundan əlavə, Kiyev metrosunda nasazlıq səbəbindən qatarların hərəkəti və eskalatorların işi müvəqqəti dayandırılıb.

Chosen
12
far.az

1Sources