EN

Elmar Baxşıyev: "Qarabağ" "Nyukasl" üzərində qələbə qazana biləcəyini öz oyunu ilə sübut edib"

"Qarabağ" cari mövsüm göstərdiyi oyunlarla "Nyukasl" (İngiltərə) üzərində qələbə qazana biləcəyini sübut edib.

AzNews.az xəbər verir ki, Bunu "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"la üz-üzə gələcək "Nyukasl" barədə fikirlərini bildirib:

"Qarabağ"ın bu mövsüm Çempionlar Liqasındakı ev oyunlarını unutmamışıq - "Kopenhagen" qalibiyyəti və "Ayntraxt" üzərində əzmkar qələbə. "Çelsi" ilə matçda isə qələbəyə bərabər heç-heçəyə imza atmışdılar. İnamımız var ki, "Qarabağ" "Nyukasl"a qarşı da layiqli mübarizə aparacaq. Baxmayaraq ki, rəqib İngiltərə Premyer Liqası təmsilçisidir. "Qarabağ" üçün bu ölkənin komandalarına qarşı oynamaq çətin olur. Çünki onlar çox sürətli və atletik çıxış edirlər".

E. Baxşıyev 2006-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin heyətində İngiltərəyə qarşı "Nyukasl"a məxsus "Sent Ceyms Park" arenasında keçirdikləri oyunu xatırlayıb:

Chosen
12
1
aznews.az

2Sources