Səudiyyə Ərəbistanı Pro Liqasında 19-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" səfərdə "Əl-Xolud"la üz-üzə gəlib.
Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matçda rəqib qapısına yol tapan Ronaldu karyerasındakı 961-ci qola imza atıb.
Kriştiani cari mövsüm Pro Liqada 18 matçda 17 dəfə qol sevinci yaşayıb.
Ardıcıl dördüncü qələbəsini qazanan "Əl-Nəsr" xallarının sayını 43-ə çatdıraraq 2-ci pilləyə yüksəlib.
Nihat