EN

ABŞ Ədliyyə Nazirliyi: Tramp azyaşlı qızları cinsi istismara məruz qoymayıb...

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə sənədlərdə səslənən iddiaları əsassız və yalan adlandırıb...

ABŞ Ədliyyə Nazirliyi prezident Donald Trampın mərhum maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə yer alan cinsi xarakterli cinayətlərdə, o cümlədən azyaşlıların istismarı ilə əlaqələndirilməsinə dair iddiaları “əsassız və yalan” kimi qiymətləndirib.

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, açıqlanan sənədlərdə Trampın adı 3 mindən çox dəfə çəkilir. Materiallara Epşteynlə bağlı müxtəlif şahid ifadələri də daxildir və bu ifadələrdə yetkinlik yaşına çatmayanlara qarşı qanunsuz cinsi hərəkətlərə dair iddialar yer alır. Lakin Ədliyyə Nazirliyi həmin məlumatların Trampın hər hansı cinayətdə iştirakını sübut etmədiyini bildirib.

Sənədlərdə adı keçən şəxslərdən biri də milyarder İlon Maskdır. Mask bildirib ki, bu materialların ictimailəşdirilməsini ən çox istəyənlərdən biri məhz o olub. Onun sözlərinə görə, Epşteynlə yazışmaları son dərəcə məhdud olub və o, dəfələrlə Epşteynin adasına səfər və ya “Lolita-ekspress” adlanan təyyarə ilə uçuş dəvətlərini rədd edib. Mask vurğulayıb ki, bəzi elektron məktubların qərəzli şəkildə təhrif olunaraq onun adını ləkələmək üçün istifadə edilə biləcəyini anlayırdı.

Milyarder əlavə edib ki, şəxsi reputasiyası ilə bağlı narahatlığı yoxdur, lakin Epşteynlə birlikdə ağır cinayətlər törətmiş şəxslərin, xüsusən də azyaşlı qızların dəhşətli istismarında iştirak edənlərin məsuliyyətə cəlb olunması üçün real cəhdlərin göstərilməsi onun üçün əsas məsələdir.

Poliqon.info

Chosen
53
poliqon.info

1Sources