ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
1918-ci ildə o, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əli Mərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və başqaları ilə irlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.Modern.az xəbər verir ki, Rəsulzadənin doğum günündə onun Bakıdakı evinin divarına vurulması nəzərdə tutulan lövhənin şəkli yayılıb. Şəkli araşdırmçı Dilqəm Əhməd ictimailəşdirib.O, lövhənin müəllifinin “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun həmtəsisçisi Vahid Mustafayev olduğunu qeyd edib.“Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun üzvü, tarixçi alim Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, bu lövhə hələ ki layihədir.“Rəsmi icazə alınanda təbii ki, üzərində işləmək, dəyişikliklər etmək mümkündür. Əsas məqsəd - cəmiyyətdən gələn dəstəkdir”, - tarixçi alim deyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.