EN

Suriya hökuməti SDQ ilə razılaşdı – DETALLAR

Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Mazlum Abdİ Suriya hökuməti ilə əldə olunan razılaşmanı “Ronahi TV” kanalının efirində dəyərləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Dəməşqdəki mərkəzi hakimiyyət ilə imzalanan razılaşmanın icrasına bazar ertəsi başlanacağını bildirən Abdi, Dəməşqdən Şimali Suriyaya gələcək nümayəndə heyətinin təhlükəsizlik deyil, inzibati məsələlər üçün gələcəyini vurğulayıb.

O qeyd edib ki, Daxili İşlər Nazirliyinə bağlı müəyyən sayda daxili təhlükəsizlik qüvvəsi Həsəkə və Qamışlı şəhərlərinə inteqrasiya prosesini başlatmaq üçün gələcək və proses başa çatdıqdan sonra şəhərlərdən ayrılacaq.

O bildirib ki, kürd bölgələrinin inzibati idarəçiliyi bölgə xalqı tərəfindən həyata keçiriləcək, hazırkı yerli idarəetmələr fəaliyyətlərini davam etdirəcək.

Razılaşmanın əsas mahiyyətinin kürd bölgələrinin qorunması olduğunu vurğulayan Abdi, bu vəziyyətin inzibati, hərbi və təhlükəsizlik sahələrində təminat altına alındığını deyib.

Eyni zamanda, Abdin açıqlamalarından əsas məqamlara da toxunub.

Razılaşmanın icrasına bazar ertəsi günü başlanacaq. Suriya ordusu Kobani və Cizrə bölgəsindən mərhələli şəkildə geri çəkiləcək, SDQ qüvvələri isə şəhər mərkəzlərindən çıxacaq. Kürd bölgələrində idarəçilik bölgə xalqının əlində olacaq. Hazırda vəzifədə olan yerli rəhbərlər işlərini davam etdirəcək.

Daxili İşlər Nazirliyinə bağlı nəqliyyat vasitələri Həsəkə və Qamışlı şəhərlərinə inteqrasiya prosesini başlatmaq üçün gələcək və prosesin sonunda şəhərləri tərk edəcək. Suriya ordusu kürd bölgələrinə, yəni nə Cizrə, nə də Kobaniyə daxil olmayacaq.

Afrin və Rəsulayn da kürd bölgələridir, razılaşma bu əraziləri də əhatə edir. Bu, vaxt aparacaq, lakin həyata keçiriləcək və Afrinə geri dönüşlər başlayacaq.Həsəkə valisini kürd xalqı müəyyən edəcək.

Dövlət qurumlarında yer almağım çox istəndi, lakin mən dostlarımı təklif etdim. Mən xalqımızın içində, onun yanında olacağam.SDQ qüvvələri diviziya və briqada strukturu ilə Suriya Müdafiə Nazirliyinə bağlı şəkildə rəsmi olaraq öz bölgələrini qorumağa davam edəcək.

Chosen
29
cebheinfo.az

1Sources