EN

Milli Məclisin bir qrup deputatı orqanlarını bağışlayıb

“Bu hadisə Azərbaycanın səhiyyə tarixinə böyük hərflərlə həkk olunacaq. Bu, təkcə cərrahi əməliyyat deyil. Bunun üçün bir neçə aspektlər işlənib hazırlanmalıdır. Belə ki, hüququ, mənəvi, psixoloji emosional tərəfləri həyata keçirmədən uğurlu ürək transplantasiyası etmək mümkün deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov yanvarın 31-də Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, parlamentin Səhiyyə komitəsi olaraq 2020- ci ildə ən müasir tələblərə cavab verən yeni qanun layihəsi hazırlandı və qəbul olundu.

Ə.Əmiraslanov vurğulayıb ki, bəzən qanun qəbul edilir, amma həmişə işlənilmir:

“Bu sahədə Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilə transplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənib hazırlandı. Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçün sənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb”.


Telegram kanalımız
Chosen
42
1
yenisabah.az

2Sources