EN

“Milan” Premyer Liqa klubunun hücumçusunu heyətinə qatmağa hazırlaşır

BAKI, 31 yanvar. TELEQRAF

İtaliyanın “Milan” klubu İngiltərə təmsilçisi “Kristal Pelas”ın futbolçusu Jan-Filipp Matetanı heyətinə qatmağa hazırlaşır.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı hücunçu ilə artıq razılıq əldə olunub.

Klublar transfer məbləğini həll etdikdən sonra keçid rəsmiləşəcək.

Qeyd edək ki, Mateta 2025/26 mövsümündə “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
25
teleqraf.com

1Sources