BAKI, 31 yanvar. TELEQRAF
Hazırda Azərbaycanın Xankəndi şəhərində iki erməniəsilli şəxs yaşayır.
Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqlarını bildirilir.
Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan etmişdi ki, Xankəndidə yaşayan 10 erməniəsilli şəxs öz istəyi ilə Ermənistana köçüb:
“Azərbaycan Respublikasında yaşayan 10 erməni və bir rusəsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək, Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistan Respublikasına köçürülüblər”.
Arsen Torosyan qeyd etmişdi ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra öz istəkləri ilə Azərbaycanda qalmışdılar.