EN

ABŞ-də həbsxanadan təhlükəli məhkumlar qaçıb

ABŞ-ın Luiziana ştatında genişmiqyaslı qaçış hadisəsi baş verib. Yerli həbsxanadan ağır cinayətlərə görə cəza çəkən səkkiz məhkum qaçıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fox 8 telekanalı məlumat yayıb.

Bildirilir ki, qaçanlardan üçü saxlanılaraq yenidən həbsxanaya qaytarılıb. 19-25 yaş aralığında olan digər beş nəfər isə hələ də azadlıqda qalır.

Ştatın baş prokuroru Liz Merril hadisələrin gedişatını şəxsən izlədiyini və şeriflə daim əlaqədə işlədiyini bildirib./Milli.az

Chosen
21
2
bakivaxti.az

3Sources