EN

Təkrar əlillik təyin edilənlərə 34 milyon manat ödənilib

Yazını böyüt
Yazını kiçilt

Beş il əvvəl qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ay ərzində yenidən əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Hafta.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin aralıq dövr üzrə də əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 56,3 min şəxs həmin ödənişlərlə təmin edilib.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki dövr üzrə ümumilikdə 34 milyon manat vəsait ödənilib.

Chosen
11
5
hafta.az

6Sources