Azərbaycanda transplantasiya əməliyyatlarının sayı artsa da, gözləmə siyahısındakı şəxslərin sayı azalmır.
APA xəbər verir ki, bunu sahiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.
N.Zeynalov bildirib ki, Azərbaycanda orqan transplantasiyasına tələbat o qədər çoxdur ki, əməliyyatların sayının çoxalması gözləmə siyahasındakı sayı azalda bilmir: “Ümid edirik ki, orqan transplantasiyası üçün donor olmaq istəyənlərin sayı artar və gözləmə siyahısında olan şəxslərə bir ümid olar".
Onun sözlərinə görə, gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmaya bilər: “Tibbin inkişafı sayəsində gələcək illərdə transplantasiya əməliyyatlarına ehtiyacın azalması ehtimalı var. Lakin bu, çox uzaq gələcəkdir".