EN

Ürək transplantasiyası üçün mexanizm hazırlandı - Komitə sədri

Bakı. Trend:

Bu hadisə Azərbaycanın səhiyyə tarixinə böyük hərflərlə həkkolunacaq. Bu, təkcə cərrahi əməliyyat deyil. Bunun üçün bir neçəaspektlər işlənib hazırlanmalıdır. Belə ki, hüququ, mənəvi,psixoloji emosional tərəfləri həyata keçirmədən uğurlu ürəktransplantasiyası etmək mümkün deyil. Səhiyyə komitəsi olaraq 2020-ci ildə ən müasir tələblərə cavab verən yeni qanun layihəsihazırlandı və qəbul olundu.

Trend xəbərverir ki, bu fikirləri bu gün Qafqazda ilk ürək transplantasiyası:Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlərelmi-praktiki dəyirmi masada çıxışı zamanı Milli Məclisin Səhiyyəkomitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bəzən qanun qəbul edilir, amma həmişəişlənilmir:

“Bu sahədə Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilətransplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənibhazırlandı. Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusivurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçünsənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərinsayı əhəmiyyətli dərəcədə artıb”.

Chosen
62
az.trend.az

1Sources