EN

Anar Bağırov: “VÉ™kil adından qanunsuz istifadÉ™ hallarına rast gÉ™linir”

“AzÉ™rbaycanda nümayÉ™ndÉ™lik institutu mÉ™hdudlaÅŸdırılandan sonra VÉ™killÉ™r Kollegiyasının üzvü olmayan ÅŸÉ™xslÉ™r tÉ™rÉ™findÉ™n vÉ™kil adından qanunsuz istifadÉ™ hallarına daha çox rast gÉ™linir”.

Bizim.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurum üzvlərinin bu gün keçirilən konfransında deyib.
 

O bildirib ki, əksər hallarda həmin şəxslər fəaliyyət göstərdikləri ünvanlarda "vəkil", "vəkil bürosu", "vəkil xidmətləri" kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə qanunvericiliyə edilən yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunub:


"Bu dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilib və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar təkmilləşdirilib. Digər mühüm dəyişikliklərdən biri isə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda intizam pozuntusuna yol verən vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarların müəyyən olunmasıdır. Həmçinin vəkillərin intizam icraatı proseduruna da yeniliklər edillb".

Bizim.Media

Chosen
7
6
bizim.media

7Sources