"Azərbaycanda vəkillərin pensiya təminatında ciddi problemlər var".
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin ümumi yığıncağında deyib.
O bildirib ki, vəkillərin pensiyaları fərqli hesablanmalıdır:
"Digər peşələrlə müqayisədə vəkillərin pensiya məbləğində fərq var. Vəkillər qocaldıqca öz ödənişlərinə uyğun pensiya ilə təmin olunmalıdır. Bununla bağlı işlər görülür".