EN

Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 13 tüfəng, 2 patron darağı və 5421 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Tarix: 31 Yanvar 2026, 10:57   
Chosen
52
25
pravda.az

10Sources