Son günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mərasimlərinə hazırlıq görən ailələr üçün ciddi narahatlıq yaradıb. Toyun təməlində dayanan əsas amillərdən biri qızıl-zinət aksesuarları olduğundan, bəziləri düşünür ki, qəfil bahalaşma ailələri mərasimi təxirə salmağa və ya gözləməyə vadar edə bilər.
Qızılın bahalaşması toy industriyasına hansı təsiri göstərəcək? Ailələr bu şəraitdə toy planlarını necə qurmalı olacaqlar?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı və Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib ki, qiymətlər yüksəldikdə eyni həcmdə zərgərlik məmulatı əldə etmək üçün daha çox vəsait tələb olunur və bu, toy xərclərinin ümumi bölgüsünə təsir edir:
“Nəticədə ailələr büdcəni yenidən hesablayır və xərcləri daha real imkanlara uyğunlaşdırırlar. Amma qızılın qəfil və kəskin bahalaşması toya hazırlaşan ailələri gözləməyə və ya mərasimi təxirə salmağa vadar etməyəcək, belə ehtimal azdır. Qiymətlərin qısa müddətdə kəskin artması bəzi ailələrin qərarvermə prosesinə təsir göstərə bilər. Bu halda daha əlçatan seçimlərə üstünlük verilməsi, zinət alışının mərhələli şəkildə aparılması və ya xərclərin yenidən planlaşdırılması müşahidə oluna bilər. Praktikada daha çox xərclərin yenidən bölgüsü və mərasimin formatının optimallaşdırılması üstünlük təşkil edir”.
Ekspert bildirib ki, qızılın qiyməti yüksəldikcə zinət xərclərinin büdcədə payı artır: