EN

Xərçəng kimlərdən yan keçir?

Professor Yevgeni İmyanitov uzunömürlü insanlarda xərçəngə niyə daha az rast gəlindiyini izah edib.

Publika.az xəbər verir ki, həkim xərçəngin əsas səbəbinin həyat tərzi olduğunu bildirib.

"Bu gün xərçəng hallarının 5%-i irsi şiş sindromları kimi təsnif edilir. Bu, mənim ixtisasımdır və mən bu barədə əminliklə danışa bilərəm. Əksər şişlər irsi deyil; səbəb təəssüf ki, həyat tərzidir. Lakin tamamilə sağlam həyat tərzi sürmək çox vaxt əlçatmaz bir məqsəddir", - deyə ekspert bildirib.

Həkim qeyd edib ki, xərçəngə genetik meylliliyi olmayan şəxs sağlam həyat tərzi sürmürsə, bu xəstəliyə tutulma ehtimalı var. Ancaq həm genetik baxımdan şanslı, həm də sağlam həyat tərzi sürənlər uzunömürlü olurlar, xərçəng də onlardan adətən yan keçir.

Chosen
26
publika.az

1Sources