EN

Tramp bir ildə ABŞ iqtisadiyyatına 18 trilyon dollar investisiya cəlb etdi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu bir il ərzindəölkə iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlbetdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici sələfi CoBaydenin nəticələrini 18 dəfədən çox üstələyir.

Trend-inməlumatına görə, Amerika lideri bu fikirləri “The Wall StreetJournal” qəzeti üçün yazdığı məqalədə ifadə edib.

Tramp qeyd edib ki, gömrük rüsumlarından səmərəli istifadəetməklə ABŞ-yə misli görünməmiş həcmdə investisiya axınına nailolub. Onun sözlərinə görə, Co Baydenin öz hesablamalarına əsasən,dörd il ərzində Birləşmiş Ştatlara 1 trilyon dollardan az yeniinvestisiya cəlb olunub, halbuki Tramp administrasiyası bir ildəndə az müddətdə 18 trilyon dollardan çox investisiya öhdəliyiningötürülməsinə nail olub.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, Çin mallarının ABŞidxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə enib. Trampbildirib ki, Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına daxilolmasından bu yana ilk dəfə olaraq ABŞ idxalındakı payı bu qədərazalıb və nəticədə ölkəyə yüz milyardlarla dollar vəsait daxilolur.

Chosen
32
az.trend.az

1Sources