EN

Sərfəli təklif aldı, getmək istəyir

Leandro Andradenin son vaxtlar zəif təsir bağışlamasının səbəbi məlum olub. “Çelsi” ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.

Publika.az Sportinfo-ya istinadla xəbər verir ki, Kabo-Verde yığmasının üzvü Asiyadan çox sərfəli təklif alıb.

Bildirilib ki, 2022-ci ildə bura “Çerno More”dən (Bolqarıstan) gəlmiş Portuqaliya doğumlu afrikalı indi yalnız getmək barədə fikirləşir. Andradenin istəyi artıq “Qarabağ”ın rəhbərliyinə, həm məşqçilərinə, həm də komanda yoldaşlarına məlumdur.

Chosen
9
7
publika.az

9Sources