Məşhur "Evdə tək" filmindən tamaşaçılara yaxşı tanış olan Ketrin O Hara 72 yaşında vəfat edib.
Bu barədə "Page Six" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, aktrisanın ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, K.O Hara karyerasına 1974-cü ildə Kanadanın Toronto şəhərindəki "The Second City" şəhər teatrında başlayıb. Lakin o, Tim Börtonun 1988-ci ildə çəkdiyi "Beetlejuice" filmindəki Deliya Dits rolu və daha sonra "Evdə tək" filmində Makoley Kalkinin canlandırdığı "Kevin" obrazının anası rolu ilə tanınmağa başlayıb.
Oxu.az
Tarix: 30 Yanvar 2026, 23:12