EN

Rusiya razılaşdı: Ukraynaya zərbə endirməyəcək

Rusiya ABŞ prezidenti Donald Trampın xahişindən sonra 1 fevrala qədər Ukraynaya zərbə endirməməyə razılıq verib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya guya “danışıqlar üçün əlverişli şərait yaratmaq” məqsədilə bu addıma razılıq verib. “Prezident Tramp şəxsən Putindən danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər bir həftə Kiyevə zərbə endirməməyi xahiş edib”, – deyə o bildirib.

Peskov həmçinin Prezident Volodimir Zelenskinin Putini Kiyevdə ziyarət etmək xahişinə cavab olaraq bildirib ki, Putinlə görüşü Zelenski istəyib, əksinə yox. “Putin Zelenskini heç yerə dəvət etməyib və ya ona heç bir görüş təklif etməyib.

Əslində, Zelenski görüşün təşəbbüskarı olub. Və cavab olaraq Prezident Putin ona bildirib ki, bəli, biz hazırıq, amma yalnız Moskvada”, – Peskov deyib. O, həmçinin bildirib ki, Moskva BMT-nin Baş katibi Antonio Quterreşin xalqların öz müqəddəratını təyin etmə hüququnu Krım və Donbasdakı vəziyyətə tətbiq olunmayan elan edən nəticələrini “böyük yanlış” hesab edir.

//Samir Qurbanov, Editor.az

Chosen
23
editor.az

1Sources