EN

Fəlakət halında bu ölkə dağılmayacaq -

Dünya üzrə artan geosiyasi risklər və iqlim böhranı alimləri müxtəlif ssenarilər üzərində işləməyə sövq edib. Metbuat.az xəbər verir ki, Anglia Ruskin universitetinin həyata keçirdiyi araşdırmaya görə, mümkün qlobal çöküş halında insanların yaşaya biləcəyi təhlükəsiz ölkələr irəli sürülüb. Elm adamları dünyanın ən varlı insanlarının Yeni Zelandiyaya sığınacaq tikməyi üstün tutmasına diqqət çəkiblər. Ölkənin geotermal və hidroelektrik enerji ehtiyatları, geniş kənd təsərrüfatı torpaqları və aşağı əhali sıxlığı Yeni Zelandiyanın təhülkəsiz ölkələr siyahında ilk sıraya yerləşməsinə səbəb olub. Alimlər hesab edir ki, asanlıqla qorunan sərhədləri və mülayim iqlimi olan adalar bu cür fəlakət ssenarilərində ən təhlükəsiz yerlərdir. Alimlər cəmiyyətin çöküşündən ən az təsirlənmə potensialına malik bölgələr arasında adaların uyğun sığınacaq olduğunu idda ediblər.

Yeni Zelandiyadan sonra təhlükəsiz hesab edilən digər bölgələr İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti hesab edilib. Mülayim iqlim zonasında yerləşən bu adalar xarici dünyadan təcrid olunmaları və özünü təmin etmək qabiliyyətləri səbəbindən potensial apokaliptik ssenaridə sığınacaq kimi seçilir. Böyük Britaniyanın təhlükəsiz bölgələr sırasına daxil edilməsi mütəxəssisləri təəccübləndirib. Əhalisi çox olmasına və ərzaq ehtiyacının yalnız yarısını daxili istehsal qabiliyyətinə baxmayaraq, ölkənin qəfil şoklara tab gətirmək üçün yüksək potensiala malik olduğu irəli sürülüb.

Chosen
41
metbuat.az

1Sources