EN

Ermənistan ordusunda yenilik: Papikyan əmr imzaladı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan Silahlı Qüvvələrində Erməni Apostol Kilsəsi tərəfindən təyin edilmiş alay keşişlərinin xidməti dayandırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə naziri Suren Papikyan qərar verib. Onun imzaladığı əmrə əsasən, bundan sonra orduda fəaliyyət göstərən ruhanilərin işi Baş Qərargahın Mənəvi və Psixoloji Dəstək İdarəsi tərəfindən əlaqələndiriləcək.

Qeyd olunur ki, əvvəlki dövrdə bəzi alay keşişlərinə onları bütün ermənilərin katolikosuna qarşı aparılan kampaniyalara cəlb etmək məqsədilə təzyiqlərin göstərildiyi barədə məlumatlar yayılmışdı. Bildirilir ki, hazırda Ermənistan ordusunda xidmət edən ruhanilərdən heç biri Baş nazir Nikol Paşinyanın Kilsənin “islahı” ilə bağlı irəli sürdüyü gündəliyi açıq şəkildə dəstəkləməyib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
globalinfo.az

1Sources