DÉ™nizkÉ™narı Milli Park paytaxtın ən sevilÉ™n istirahÉ™t mÉ™kanlarından biri olmaqla yanaşı, nadir vÉ™ ekzotik bitki növlÉ™ri ilÉ™ dÉ™ diqqÉ™t çəkir. Parkın salınmasından bÉ™ri burada hÉ™m yerli, hÉ™m dÉ™ xarici mÉ™nÅŸÉ™li aÄŸac vÉ™ bitkilÉ™r É™kilib, abadlaÅŸdırılıb.Â
Parkda Argentinadan gətirilmiş baobablar, hündür zeytun və xurma ağacları, böyük kaktuslar kimi ekzotik növlər də yer alır. Bu bitkilər yalnız estetik gözəllik yaratmaqla kifayətlənmir, həm də şəhər sakinlərinin marağına səbəb olur.
Dənizkənarı Milli Parkda qorunan kaktusların isə xüsusi bir özəlliyi var. Hazırda onları soyuqdan qorumaq üçün xüsusi örtüklərlə bürüyüblər. Yada salaq ki, bir müddət əvvəl bu kaktuslarla bağlı qalmaqallı olay yaşanmışdı. Bəziləri üzərinə adlar yazır, bəzi "cəsarətli" sevgililərm isə öz baş hərflərini kaktusun üzərinə həkk etmişdi. Bu da böyük narazılığa səbəb olmuşdu. Onların zərər vurduğu bu bitki əslində şəfaverici xüsusiyətə malikdir.
Bulvar gözətçilərindın biri əməkdaşı ilə söhbəti zamanı deyib ki, kaktusların əsl qorunma səbəbi onların meyvələri ilə bağlıdır: "Qışda kaktusları örtüklə örtürük, çünki şaxta onu zədələyə bilər, meyvələri bar verməz. Bir çoxu bilmir, kaktusun meyvələri şəkər xəstələri üçün xüsusi faydalıdır. Məhz buradakı bitki orijinal sayılır, digərlərindən fərqlidir".
Gözətçi əlavə etdi ki, meyvələrin dərilməsinə və satılmasına icazə verilmir: "Amma istəsəniz, mövsümündə dadına baxmaq üçün birini verə bilərik", - deyə gözətçi gülümsünür. Onun sözlərinə görə, kaktusun meyvələri oktyabr-noyabr aylarında yetişir.
Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com





