EN

Super Liqa klubunun avtobusu qəzaya uğrayıb - 2 futbolçu xəsarət alıb

Türkiyənin "Konyaspor" klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus yük avtomobili ilə toqquşub.

Apasport.az xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü və iki futbolçu xəsarət alıb.

"Konyaspor"un U-19 kollektivi ölkə çempionatının XX turunda sabah "Beşiktaş"la keçiriləcək səfər oyunu üçün İstanbula yollanırmış.

Hadisə ilə bağlı "Konyaspor" tərəfi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, qəza nəticəsində avtobusda olan məşqçilər, futbolçular və texniki heyətin ümumi sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bəzi futbolçular ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb, onların həyati təhlükəsinin olmadığı qeyd olunub. Avtobus sürücüsü Fevzi Öztürk isə nəzarət məqsədilə tibbi müayinəyə cəlb edilib.

"Marsel" De Zerbi ilə yollarını ayıra bilər

"İnter"dən La Liqa nəhənginə

Yüksək Liqa: XI turun daha bir matçı keçiriləcək

“Trabzonspor” Türkiyə millisinin üzvünü heyətinə qatıb - RƏSMİ

Almaniya millisinin üzvü MLS klubunda - RƏSMİ

Chosen
27
apasport.az

1Sources