Paytaxt.org sabiq icra başçısının qısa dosyesini təqdim edir:
Süleyman Mikayılov 27 aprel 1962-ci ildə anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildə Naxçıvan şəhər Uşaq İdman Məktəbində məşqçi kimi başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər Orta İxtisas Musiqi Məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə isə “Səma” kiçik müəssisəsinin direktoru olub.
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini və idarə rəisi vəzifələrində çalışıb.
1999–2001-ci illərdə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini olub, daha sonra bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi vəzifəsində işləyib.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.
Ailəlidir, iki övladı var.
Musavat.com