EN

Birbaşa zərbə: Rusiya ordusuna məxsus qiymətli hərbi texnika məhv edildi

Yanvarın 29-da Ukrayna Müdafiə Qüvvələri müvəqqəti olaraq işğal edilmiş Zaporojye vilayəti ərazisində Rusiya ordusuna məxsus “Osa” zenit-raket sistemini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 30 yanvarda Facebook-da məlumat verib. Məlumata görə, Ukrayna müdafiəçiləri Zaporojye vilayətinin Semenovka kəndi yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemini aşkar edərək məhv ediblər.”Birbaşa zərbə qeydə alınıb”.
Ukrayna Müdafiə Qüvvələri həmçinin Rusiya Ordusunun mühüm logistika obyektlərinə də zərbələr endirib.

Baş Qərargah bildirib ki, “Düşmənin Tokmak yaxınlığındakı ayrıca xüsusi təyinatlı qüvvələr briqadasının texniki xidmət bölməsinin yeri, Oxrimovka yaxınlığında artilleriya alayının logistika anbarları və Kırılıvka yaxınlığındakı 76-cı Hava-Desant Hücum Diviziyasının obyektləri məhv edilib”. İşğalçıların itkiləri dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az

Chosen
42
editor.az

1Sources