İran Silahlı Qüvvələrinin briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, ABŞ hakimiyyəti Tehrana qarşı sürətli hərbi əməliyyata etibar etməkdə yanılır.
Əkrəminiyaya görə, ABŞ prezidenti Donald Trampın Tehranla problemi minimal qan tökülməsi ilə həll etmək cəhdləri regionda tammiqyaslı münaqişəyə çevrilə bilər.”Amerikanın istənilən hücumu Trampın təsəvvür etdiyi kimi baş verməyəcək.”, – Məhəmməd Əkrəminiya deyib
Briqada generalı ABŞ hərbi bazalarının İran raketləri və PUA-larının birbaşa hərbi zərbə məsafəsində olduğunu vurğulayıb. Əkrəminiyaya görə, İran ordusu istənilən ssenariyə hazırdır və hərbi təhdidə dərhal cavab verə bilər. General vurğulayıb ki, İran ordusu İsraillə 12 günlük müharibənin səhvlərindən dərs çıxarıb və artıq düşmənə taktiki qərarlar qəbul etmək və həyata keçirmək üçün vaxt verməyəcək.
//Samir Qurbanov, Editor.az