EN

Pakistanın məşhur beyin mərkəzinin mütəxəssisi Xəzər Media Mərkəzində olubVİDEO

Pakistanın məşhur beyin mərkəzinin mütəxəssisi Asif Tanveer Avan Xəzər Media Mərkəzində olub.

Xezerxeber.az-ın məlumatına görə, Muslim İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Asif Tanveer Avan televiziyada yaradılan şərait, buradakı infastruktur və texniki imkanlarla tanış olub.

Asif Tanveer Avan bildirib ki, bu gün Azərbaycan-Pakistan dostluğu təkcə sözdə yox, əməldə də müxtəlif sahələr üzrə özünü göstərir.

O, iki ölkə arasında əlaqələrin güclənməsində medianın rolunun xüsusi əhəmiyyətini də vurğulayıb.

Qeyd edək ki, London və İslamabadda mərkəzləri olan Muslim təşkilatı siyasətdən iqtisadiyyata, beynəlxalq münasibətlər və sosial-mədəni məsələlər üzrə araşdırmalar edir. Beyin mərkəzi həmçinin, Azərbaycanla bağlı mövzularda, xüsusilə Xocalı faciəsi və Vətən müharibəsi kontekstində ölkəmizi dəsətkləyən mövqeyi ilə tanınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
4
34
xezerxeber.az

10Sources