EN

Qurban Qurbanov: “Nyukasl” ciddi rəqibdir

Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis UEFA çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib: “Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq “Nyukasl” liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesablı bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücü təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır”.

Qurban Qurbanov əlavə edib ki, bu mərhələdə komandalar arasında o qədər də ciddi fərq olmur: “Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. “Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”.

Qeyd edək ki, “Qarabağ” “Nyukasl” klubuna qarşı ilk oyunu fevralın 17 və ya 18-də Bakıda keçirəcək

Chosen
50
49
sia.az

10Sources