EN

Yanvarda eksmtrimal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb - BMT

Bakı. Trend:

Yanvar ayının ekstremal hava şəraiti ciddi iqtisadi və ekolojizərərlərə, həmçinin böyük insan itkilərinə səbəb olub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya MeteorologiyaTəşkilatının (ÜMT) bəyanatında bildirilib.

Məlumata görə, Çilidə meşə yanğınları on minlərlə insanıntəxliyəsinə, yüzlərlə binanın məhv olmasına və ən azı 21 nəfərinhəyatını itirməsinə səbəb olub.

Argentinanın cənubunda yüksək temperatur, uzunmüddətli quraqlıqvə güclü küləklər dağıdıcı yanğınlara gətirib çıxarıb,Avstraliyanın böyük hissəsini isə təhlükəli hava şəraiti iləmüşayiət olunan iki istilik dalğası əhatə edib.

ÜMT-nin məlumatına görə, digər yandan, Kanadada və ABŞ-da güclüqar yağması, soyuq və şaxtalı hava həyat üçün təhlükə yaratmışdır.Bildirilir ki, yüz minlərlə ev təsərrüfatı kütləvi uçuşların ləğvivə elektrik kəsintilərindən təsirlənmiş, bir neçə ölüm hadisəsi isəqeydə alınıb. Bundan əlavə, Avropanın böyük hissəsi güclü yağış vəküləklərlə müşayiət olunan bir sıra fırtınalarla üzləşib.

Bu fırtınalar İrlandiya və Böyük Britaniyadan Portuqaliya,İspaniya və bütün Aralıq dənizi regionuna qədər bir çox ölkədənəqliyyatın pozulmasına və daşqınlara səbəb olub.

Məqalədə:
Chosen
78
50
az.trend.az

10Sources