EN

Hacıqabulda palçıq vulkanıpüskürdü

Bu gün yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanı püskürüb.

Redaktor.az xəbər verir ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. 

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.

Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

 



Chosen
74
redaktor.az

1Sources