EN

WUF13 üzrə media nümayəndələrinin məlumatlandırma sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya ŞəhərsalmaForumunun On Üçüncü Sessiyası (WUF13) üzrə səmərəlikommunikasiyanın təmin edilməsi məqsədilə yanvarın 30-da medianümayəndələrinin məlumatlandırma sessiyası təşkil olunub.

Trend xəbərverir ki, sessiya çərçivəsində media qurumlarının nümayəndələrinəWUF13 haqqında ətraflı məlumat təqdim edilməklə yanaşı, AzərbaycanRespublikası Prezidenti Administrasiyasının Qeyri-hökuməttəşkilatları ilə iş və kommunikasiya şöbəsinin, Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin, Medianın İnkişafı Agentliyinin,Audiovizual Şuranın, Mətbuat Şurasının, WUF13 Azərbaycan ƏməliyyatŞirkətinin və Birləşmiş Millətlər Təşkilatının MəskunlaşmaProqramının (UN-Habitat) əməkdaşları ilə fikir mübadiləsi vəşəbəkələşmə üçün imkan yaradılıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının QHT-lərləiş və kommunikasiya şöbəsinin əməkdaşı, WUF13 Kommunikasiyaqrupunun koordinatoru Cəmalə Əliyeva çıxış edərək, Azərbaycanın birçox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyietdiyini vurğulayıb, bu cür tədbirlərdə medianın fəal iştirakınınəhəmiyyətini qeyd edib, WUF13 Kommunikasiya qrupunun əsas fəaliyyətistiqamətləri haqqında iştirakçılara məlumat verib.

Azərbaycanda səfərdə olan BMT-nin Məskunlaşma Proqramınınkommunikasiya direktoru Katerina Bezqaçina media nümayəndələrinəÜmumdünya Şəhərsalma Forumunun tarixi, məqsədi və əhəmiyyəti barədəməlumat verib. O bildirib ki, “Hər kəs üçün yaşayış yerləri:təhlükəsiz və dayanıqlı şəhərlər və məskənlər” mövzusu şəhərlərinüzləşdiyi əsas çağırışları əhatə edir. Tədbir həm “Yeni ŞəhərGündəliyi”nin onilliyini qeyd etmək, həm də növbəti on il ərzindəmənzil təminatına diqqət yönəltmək üçün əhəmiyyətli bir fürsətolacaq.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrəmeneceri Cəmilə İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun OnÜçüncü Sessiyasının Azərbaycanda keçirilməsinin dayanıqlışəhərsalma inkişafındakı əhəmiyyətindən, bu istiqamətdə nəzərdətutulan fəaliyyətlərdən bəhs edib.

Sessiya zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin mediaəlaqələri üzrə meneceri Eldar Rəsulov tədbir çərçivəsindəkeçiriləcək 40 əsas sessiyanın və 350 tərəfdaş tədbirinin səmərəliişıqlandırılmasını təmin etmək məqsədilə media mərkəzinin fəaliyyətgöstərəcəyini deyib, media nümayəndələrini akkreditasiyadan keçməyədəvət edərək, WUF13 zamanı media üçün yaradılacaq imkanlar barədədanışıb.

Qeyd edək ki, mayın 17-22-də keçiriləcək WUF1-də medianümayəndələrinin qeydiyyat prosesi davam edir. Bütün medianümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmiqeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytıüzərindən müraciət etməlidirlər.

WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
WUF13
Məqalədə:
Chosen
44
50
az.trend.az

10Sources