Hacıqabul və Şamaxı rayonları ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşaiyət edilib. Vulkan püskürməsi Bakı-Qazax magistralından Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə edilib.