Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.
Aznews.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələrinə dair fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində ölkələr arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.